xəbər portalı

    Böhran Qrupu: Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 1-06-2017, 17:05
    Böhran Qrupu: Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir
    “2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir”.

    Bu barədə Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatında deyilir.

    Bildirilir ki, aprel müharibəsinə səbəb olan siyasi və təhlükəsizliklə bağlı vəziyyət daha ağırdır, hər iki tərəf eskalasiyanın yeni dalğasının başladığını iddia edir: “May ayında təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Nizamlama prosesi dayanıb, hər iki tərəf qarşıdurmaya hazırdır. Bu gərginlik çoxsaylı dinc əhalinin ölümünə gətirib çıxara biləcək genişmiqyaslı müharibəyə və regional güclərin məsələyə müdaxiləsinə gətirib çıxara bilər. Rusiya, Fransa və ABŞ fikir ayrılıqlarına son qoyaraq, tərəflərə konkret güclü təzyiq göstərməli və zorakılığın yenidən baş qaldırması riskinin qarşısını almalıdır”.

    Hesabatda deyilir ki, ötən ilin may və iyun aylarında prezidentlər səviyyəsində keçirilən görüşlər nəzərəçarpacaq nəticələr verməyib, əksinə ötən il yayın sonlarından eskalasiya daha da güclənib və onlarla insanın ölümünə səbəb olub: “Ermənistan və Azərbaycan liderləri bir-birinə inanmırlar, bir-birinin maraqlarını nəzərə almaq istəmirlər. Onların, habelə hökumət rəsmiləri və ya hərbi vəzifəlilər arasında kommunikasiya mövcud deyil. Nəticədə dayanma baş verib ki, bu da vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi deməkdir. Həmçinin hər iki cəmiyyətdə belə bir fikir formalaşıb ki, yeni müharibə qaçılmazdır və hətta müharibə bahasına olsa belə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”.

    Hesabata əsasən rəsmi Bakı ərazilərinin ilhaqının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, Qərbin sanksiyalarının tətbiqi məsələsində daha tələbkar olmağa başlayıb: “O beynəlxalq subyektlərin Dağlıq Qarabağda fəaliyyətinin qarşısını alır, bu regionda iqtisadi fəaliyyətə və ora səfərlərə mane olur. Gərginlik artdıqca, beynəlxalq vasitəçilik yubanır. Rusiya ən çox təsirə malik xarici oyunçu olsa da, onun bu məsələdə iştirakı qəlizdir. O, Minsk qrupunda ən böyük marağa sahib ölkədir, eyni zamanda Ermənistan və Azərbaycana ən çox silah satan ölkədir. Hər ikisindən görünür ki, Rusiya münaqişənin həllindən çox regionda öz maraqlarını genişləndirməyə çalışır”.

    Böhran Qrupunun şərhinə görə, güclənməkdə olan qarşıdurma fonunda vasitəçilərin başlıca vəzifəsi Ermənistan və Azərbaycan liderləri arasında mütəmadi təmasları təmin etmək, İrəvan və Bakını mövqelərini yumşaltmağa və ritorikadan əl çəkməyə məcbur etmək olmalıdır: “Onlar hər iki ölkəni məcbur etməlidir ki, etimad və təhlükəsizliyi bərpa etmək üçün təcili tədbirlər barədə razılığa gəlsinlər. Buraya həmçinin ATƏT-in monitorinqini həyata keçirən şəxslərin sayının artırılması, ATƏT rəhbərliyi ilə araşdırma mexanizmlərini işə salınması və ərazilərdə vəzifəli hərbçilər arasında mütəmadi təmasların yaradılması daxildir. Paralel olaraq tərəflər həll olunmamış məsələlərlə bağlı substantiv, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın statusu, beynəlxalq təhlükəsizlik təminatı və məcburi köçkünlərin qaytarılması məsələləri ilə bağlı danışıqlar aparmalıdır”.
    /"APA"скачать dle 10.3Скачать игры для Android
    Michaeloxymn 5 iyul 2017 22:04

    Информация подтверждается

    -------

    стоимость работ по укладке тротуарной плитки за квадратный метр 2016


    Нам нужно пообщаться в личке

    -------

    http://aktivator-windows-7.com/
    Təklif
    Bobbychige 7 avqust 2017 08:39

    Читай, по ссылке написано про это подробнее
    -----

    https://www.zaxvatu.net


    Мы быстрые, мы лучшие, сказал он и замедлил
    ----

    windows 10 активатор
    Təklif
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Avropa İttifaqı: "Qarabağ münaqişəsi təcili həll olunmalıdır"

    Avropa İttifaqı (Aİ) status-kvonun davamlı olmadığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır....

    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format təklifi

    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklif edilir....

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində

    2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan qarşıdurma xəttində partlayış təhlükəli gərgin vəziyyətdə ciddi dəyişiklik olmayıb....

    PA rəsmisi: Qarabağ münaqişəsi hər an qaynar müharibəyə səbəb ola bilər

    “ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan Dağlıq Qarabağ münaqişənin həllində maraqlı deyil”....

    "Stratfor": Rusiya Qarabağ problemini həll etmək istəmir

    Qarabağ münaqişəsi ilə bağlı danışıqlar status-kvoda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli sözlərdən çox əməli iş tələb edir....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.