xəbər portalı

    Bu gün uşaqların bayramıdır

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 1-06-2017, 08:30
    Bu gün uşaqların bayramıdır
    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
    Bu günün uşaqlara həsr olunması 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

    Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

    Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
    /XəzərXəbərскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi...

    Azərbaycanın ən böyük nazirliklərindən biri uşaqlarla bağlı hesabat verdi

    İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan uşaqlarla bağlı açıqlama verib....

    Azərbaycanda Suriyadakı uşaqlara yardım kampaniyası keçirilir

    Azərbaycanda “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniya keçirilir....

    Bu gün Beynəlxalq Müəllimlər Günüdür

    Bu gün Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər....

    Ötən il Azərbaycanda 10 uşaq övladlığa verilib

    2015-ci ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 37 uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.