xəbər portalı

    Azərbaycan Prezidenti Bakıda keçirilən sərginin açılışında iştirak edib - VİDEO

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 31-05-2017, 19:40
    Azərbaycan Prezidenti Bakıda keçirilən sərginin açılışında iştirak edib - VİDEO
    Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı olub.
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
    Açılış nitqində neft sənayesinin Azərbaycan iqtisadiyyatında tutduğu rola nəzər salan prezident İlham Əliyev ölkədə icra edilən çoxsaylı layihələrin məhz bu sahənin inkişafı nəticəsində reallaşdığına diqqət çəkib. Dövlət başçısı neft-qaz sahəsində "Əsrin müqaviləsi” ilə başlayan beynəlxalq əməkdaşlığın bu gün də davam etdiyini və yaxın vaxtlarda neft yataqlarının istismarı üzrə xarici şirkətlərlə yeni müqavilənin imzalanacağını vurğulayıb.
    Prezident İlham Əliyev "Şahdəniz” layihəsinin ikinci fazasının işlənməsi ilə bağlı işlərin də uğurla icra edildiyini və Cənub Qaz Dəhlizinin icrasında Azərbaycanın lider dövlət olduğunu bildirib. Dövlət başçısı Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən 3-cü məşvərət şurasında iştirak edən böyük dövlətlərin dəstəyinin bu layihənin çoxsaylı ölkələr üçün böyük önəm daşıdığının sübutu olduğunu söyləyib.
    Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin icrasının yeni neft-qaz mənbələrinin tapılması və işlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət başçısı yeni qaz yataqlarından artıq qısa müddət ərzində ilk qaz çıxarılması üçün işlərin başlandığını bildirib.
    Dövlət başçısının çıxışından sonra Birləşmiş Ştatlar prezidenti Donald Trampın konfrans üçün təbrik məktubu oxunub. Daha sonra isə Avropa İttifaqının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin videomüraciəti təqdim olunub.
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimindən sonra sərgidə stendlərə baxıblar, neft-qaz sənayəsi ilə bağlı ən son texnoloji nailiyyətlər barədə onlara ətraflı məlumat verilib.
    Qeyd edək ki, dünyanın 30 ölkəsindən 300-dən çox şirkətin iştirak etdiyi sərgi iyunun 3-dək davam edəcək.
    "Parol" xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
    скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Azərbaycan etibarlı tərəfdaş kimi tanınır” - İlham Əliyev

    Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır....

    Prezident İlham Əliyev və xanımı Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının açılışında iştirak edirlər

    Mayın 31-də Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransı, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisi açılıb....

    İlham Əliyev və Mehriban Əliyeva "Ürək Mərkəzi"nin açılışında

    Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub....

    ABŞ-ın nümayəndə heyəti İlham Əliyevlə danışıqlarda

    Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib....

    Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib

    İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub. "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.