xəbər portalı

    Ələt-Astara avtomobil yolunda yanğın: tıxac yaranıb

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 31-05-2017, 19:11
    Ələt-Astara avtomobil yolunda yanğın: tıxac yaranıbBu dəqiqələrdə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən 41-ci km-də, 5 saylı Cəzaçəkmə müəssisəsinin yaxınlığında avtomaşınların böyük tıxacı yaranıb.

    Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, tıxacın yaranmasına səbəb yolda hərəkət edən ot bağlamaları ilə dolu “TIR”-ın alışaraq yanmasıdır.

    Hadisə şahidlərinin verdiyi məlumata görə, yük qoşqusuna həddindən artıq hündürlükdə ot tayası vurulması onun yolun üzərindən keçən elektrik xəttinə toxunmasına səbəb olub. Yaranmış qısaqapanma nəticəsində quru ot yanaraq yola dağılmağa başlayıb və ətrafı qatı tüstü bürüdüyündən göz-gözü görmür. Bu da avtomobillərin yolda hərəkətini dayandırmasına səbəb olub.

    Hazırda hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovu söndürməklə məşğuldurlar.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Ələt-Astara yolundakı zəncirvari qəzanın təfərrüatı

    Dünən Ələt-Astara avtomobil yolunun 17-ci km-də zolaq şəklində qəfil yağan dolu 5 maşının toqquşması ilə nəticələnən zəncirvari avtomobil qəzasına səbəb olub....

    Salyan-Neftçala yolunda qəza: sürücü xəsarət aldı

    Bu gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Salyanının Kürqaraqaşlı kəndindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib....

    Astarada təhlükəli vəziyyət - Yol çökdü

    Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib....

    Sumqayıt-Bakı elektrik qatarı yolda qalıb

    Bu gün saat 10:00-da Sumqayıt - Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarında problem yaranıb....

    “EVRASCON”-da qəza: 2 fəhlə ağır yaralandı

    Bu gün Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətində tikinti işləri aparılan zaman qəza baş verib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.