xəbər portalı

    BMT-nin ali nümayəndəsi: “Dünyada İlham Əliyev kimi liderlərə böyük ehtiyac var”

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 4-05-2017, 12:50
    BMT-nin ali nümayəndəsi: “Dünyada İlham Əliyev kimi liderlərə böyük ehtiyac var”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib. "Parol" azvision.az-a istinadən xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi.

    Nassir Abdulaziz Al-Nasser dedi: “BMT Sizin liderliyinizi yüksək qiymətləndirir. Bu liderlik özünü xüsusilə mədəniyyət, dinlərarası dialoqda və qarşılıqlı anlaşmada göstərir. Bu, çox önəmli məsələdir. Dünya çətin bir dövrü yaşayır. Biz digər ölkələrlə müqayisədə Azərbaycana baxanda burada Sizin rəhbərliyinizlə sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu görürük. Dünyada Sizin kimi liderlərə böyük ehtiyac var, biz bunu yüksək qiymətləndiririk”.

    Dövlətimizin başçısı xoş sözlərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Nassir Abdulaziz Al-Nasserin dünyada sivilizasiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini vurğuladı, ötən il Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, həmçinin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində onun rolunu və verdiyi dəstəyi yüksək qiymətləndirdi.

    Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İlham Əliyev ABŞ və BMT rəsmilərini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib....

    Bakıda dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək

    Gələn il mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yüksək hökumət rəhbərlərinin iştirakı ilə açılış mərasimi, dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək....

    Böyük Britaniya baş nazirinin ticarət elçisi İlham Əliyevin qəbulunda

    Dövlətimizin başçısı Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edən Prezident İlham...

    İlham Əliyev: "Azərbaycan 25 il ərzində böyük və şərəfli yol keçmişdir"

    Azərbaycan bu gün sivilizasiyalararası dialoqda xüsusi rol oynayır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Azərbaycanı bu gün çox tolerant, müasir, inkişafda olan ölkə kimi tanıyırlar....

    Azərbaycan Prezidenti İlham Əliyev “Formula One Management”in prezidentini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.