xəbər portalı

    Erməni yalanlarıyla savaş başladı – İrəvan-2018

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 4-04-2017, 18:51
    Erməni yalanlarıyla savaş başladı – İrəvan-2018Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) layihənin icrasına start verib.
    Təşkilatın sədri Zaur Qəriboğlunun Axar.az-a verdiyi məlumata görə, BİRA-nın ötən ilin may ayında təsis etdiyi, 10-dan çox QHT-nin üzv olduğu “İrəvan-2018” Hərəkatının fəaliyyətinin davamı olaraq, www.iravan2018.com portalı yaradılacaq.
    Zaur Qəriboğlu portalda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və AMEA-nın Tarix İnstitutunun arxivlərindən istifadə etmək üçün artıq həmin qurumlara rəsmi müraciət olunduğunu bildirib:
    “Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi aktuallıq kəsb edir. Dövlət başçısı cənab İlham Əliyevin “Biz informasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” sözlərini rəhbər tutaraq düşünürük ki, bu gün Azərbaycanda informasiya müharibəsində iştirak edən internet resurslarının sayı azlıq təşkil edir. Bizimlə müharibə aparan işğalçı Ermənistan hələ 1992-ci ildən başlayaraq, Azərbaycanın işğal edilmiş və digər ərazilərinin toponim adlarına olan domenləri alıblar. Bu gün dünyanın əsas internet axtarış sistemi olan Quqlda əgər ingilis və digər dillərdə Qarabağla və Azərbaycanla bağlı axtarış verilsə, ilkin olaraq düşmənin məlumatları üzə çıxacaq. Bu da onun göstəricisidir ki, Ermənistan-Azərbaycan münaqişəsindən məlumat almaq istəyən bir əcnəbi ilkin olaraq, ermənilərin informasiya müharibəsinə hesablanmış resursları ilə tanış olacaq. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı saytlarda Qərbi Azərbaycanın işğalı əks olunmur. Ancaq ümumi yazılar verilir. Qərbi Azərbaycanın işğalı, Qarabağın tarixi, məruz qaldığımız soyqırım və vandalizm aktları haqda bu qədər materiallarımız olmasına baxmayaraq, informasiya müharibəsində düşməndən çox geridə qalırıq. Ermənistanın və ermənilərin çoxsaylı, yalnız Qarabağın həqiqətlərini saxtalaşdıran saytı fəaliyyət göstərir. Bunun qarşısını almaq məqsədi ilə qurulacaq “İrəvan-2018” portalı bütün parametrləri ilə düşmənin saxta təbliğatına qarşı fəaliyyət göstərəcək. “İrəvan-2018” portalı tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərinə düşən tarixi missiyanı həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edəcək”.
    Qeyd edək ki, “İrəvan-2018” protalı vasitəsi ilə tarixi Azərbaycan torpaqları olan İrəvan və Qərbi Azərbaycanla bağlı informativ, ensiklopedik bilikləri oxuculara Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    BİRA Çingiz Qurbanovla bağlı Beynəlxalq Təşkilatlara müraciət edib

    Yanvarın 25-də “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) 29 dekabr 2016-cı ildə erməni silahlı birləşmələrinin Azərbaycanın Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində...

    "QƏRBI AZƏRBAYCANDAKI (ERMƏNSTANDAKI) TARIXI ABIDƏLƏRIMIZI ÖYRƏNƏK VƏ TANIDAQ!!!" LAYIHƏSININ ICRASINA START VERILDI

    Bu gün, iyunun 18-də Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı...

    “Qərbi Azərbaycandakı (Ermənistandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq!” adlı layihəyə start verilib

    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənistandakı) tarixi...

    “Hazırkı Ermənistan ərazisi Azərbaycan torpaqları olub”

    Tarix İnstitutunun hazırladığı "İrəvan xanlığı" kitabı ərəb dilində nəşr olunub...

    “Qarabağın danılmaz tarixi” adlı buklet çap olunub

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qərb–Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın danılmaz tarixi” adlı...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.