xəbər portalı

    Nazarbayev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 3-04-2017, 12:22
    Nazarbayev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdiQazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev aprelin 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

    Virtualaz.org bildirir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

    * * *10:30

    Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

    Virtualaz.org bildirir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

    Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

    Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatından 13 il ötür....

    İtaliyalı nazir ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

    Ölkəmizdə səfərdə olan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan...

    Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

    İyunun 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər....

    Kipr uğrunda döyüşmüş Türk general Bakıdadır

    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin (TOHGMİB) dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Əməkli Subaylar Dərnəyi, Anadolu Aydınlar Ocağının nümayəndə heyətinin başçılıq etdiyi nümayəndə heyəti 29...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.