xəbər portalı

    “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsi həyata keçirildi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 13-01-2017, 16:38
    “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsi həyata keçirildiAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri 13 yanvar 2017-ci il tarixində Ismayıllı rayonunda həyata keçirildi. Təlimdə şagird – müəllim kollektivi, tələbələr, ictimai fəal gənclər, QHT və KİV nümayəndələri iştirak etdilər. Təlimdə Gənclər Mərkəzi İ.B-nin direktoru Kənan Qubadzadə çıxış edərək iştirakçıları layihə barədə məlumatlandırdı. Layihənin məqsəd və vəzifələri haqqında ətraflı informasiyalar çatdırdı. Hələ 2011-cü ilin prezident cənab İlham Əliyev tərəfindən “Turizm ili” elan olunması və bu çərçivədə görülən işlər, bu işlərin icrası prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı və digər məsələlərlə bağlı fikirlərini bölüşdü. O, bildirdi ki, qeyri-neft sektorunun inkişafı prosesində turiznin inkişaf etdirilməsi ən vacib prioritetlərdəndir. Çıxış edən ekspertlər kənd turizminin iştirak etdirilməsi, xüsusilə bu prosesdə gənclərin iştirakının təmin olunmasını hər zaman aktual olduğunu və daim diqqətdə saxlandığını söylədilər.
    Hər bir işin başında maarifləndirmə və təbliğatın durduğunu qeyd edən ekspert A.Sarıyev gənclərin bu sahədə rolunun əvəzolunmaz olduğunu bildirdi. İsmayıllının potensial turizm regionu və bir çox dövlət əhəmiyyətli gənclərlə bağlı tədbirlərin burada keçirildiyini qeyd edən ekspert layihənin reallaşdırılması üçün İsmayıllı rayonunun seçilməsinin bu nöqteyi-nəzərdən təsadüfi olmadığını diqqətə çatdırdı. Daha sonra müzakirələr təşkil olundu. İştirakçılrın sualları cavablandırıldı. İsmayıllı gənclərə kənd turizminin təbliği üçün buklet və broşurların paylandı, üzərində Gənclər Fondunun və Gənclər Mərkəzinin loqoları olan cib təqvimləri paylandı. Təlim iştirakçılarına sertifikatlar təqdim olundu.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Gənclər və Ekologiya” adlı layihənin icrası davam edir

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş Əliyeva Rəqsanə Zöhrab qızının icra etdiyi “Gənclər və Ekologiya” adlı layihənin icrası davam etdirilir....

    “Gənclər və Ekologiya” adlı layihənin icrası davam etdirilir

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş Əliyeva Rəqsanə Zöhrab qızının icra etdiyi “Gənclər və Ekologiya” adlı layihənin icrası davam etdirilir....

    “Gənclərin Məşğulluq probleminin həllində BİR ADDIM” proqramı həyata keçirildi

    Azərbaycan Respublikası Prezidenti Yanında Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi, “Odlar Yurdu” və “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” İctimai Birliklərinin tərəfdaşlığı ilə “Gənclərin Məşğulluq...

    “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsi həyata keçirildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri 25 noyabr 2016-cı il...

    “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində ilk görüş keçirildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.