xəbər portalı

    Naftalanda şəhid Vaqif Bayramovun xatirəsinə həsr edilən cüdo üzrə şəhər birinciliyi keçirilib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 27-12-2016, 16:58
    Naftalanda şəhid Vaqif Bayramovun xatirəsinə həsr edilən cüdo üzrə şəhər birinciliyi keçirilibNaftalanda aprel döyüşləri zamanı şəhid olmuş kapitan Vaqif Bayramovun doğum gününə həsr edilən cüdo üzrə açıq şəhər birinciliyi keçirilib. Yarış şəhər icra hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

    Əvvəlcə dövlət himni səsləndirilib, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Çıxış edənlər şəhid Vaqif Bayramovun keçdiyi şərəfli həyat yolundan söz açıblar.

    Sonra yarış iştirakçıları Naftalan şəhər Xatirə kompleksini və şəhidin qəbirüstü abidəsini ziyarət ediblər.

    Yarışda Naftalan, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərindən, Tovuz, Şəmkir, Goranboy, Ağdam və Bərdə rayonlarından 100-dən çox idmançı qüvvəsini sınayıb.

    Birinci yerə Naftalan, ikinci yerə Goranboy, üçüncü yerə isə Gəncə şəhərini təmsil edən komandalar çıxıb.

    Qaliblər diplom və medallarla təltif ediliblər.
    Naftalanda şəhid Vaqif Bayramovun xatirəsinə həsr edilən cüdo üzrə şəhər birinciliyi keçirilibскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Sabah 32 rayonda analoq televiziya yayımı dayandırılacaq

    Sabah Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay,...

    Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turniri başa çatıb

    Qazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı layihə çərçivəsində keçirilən mini futbol üzrə açıq rayon turniri başa...

    Sumqayıtda keçirilmiş beynəlxalq cüdo turniri böyük marağa səbəb olub - VİDEO

    Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci beynəlxalq turnir keçirilib....

    Cüdo üzrə Naxçıvan şəhər birinciliyində 50 idmançı mübarizə aparıb

    Naxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 10-12 yaşlı uşaqlar arasında keçirilən cüdo üzrə Naxçıvan şəhər birinciliyində 9 çəki dərəcəsində 50 idmançı mübarizə aparıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.