xəbər portalı

    Yaponiya hökuməti 2017-ci il dövlət büdcəsinin layihəsini bəyənib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 22-12-2016, 10:52
    Yaponiya hökuməti 2017-ci il dövlət büdcəsinin layihəsini bəyənibYaponiya hökuməti 2017-ci maliyyə ili (2017-ci ilin martından 2018-ci ilin aprelinədək) üçün dövlət büdcəsinin layihəsini bəyənib. Onun ümumi həcmi bu dəfə rekord həcmdə - 97,45 trilyon yen (831 milyard dollar) məbləğində müəyyən edilib.

    Büdcə layihəsində əsas məxaric bəndi kimi sosial təminat sahəsi göstərilir və bu istiqamətdə 32,47 trilyon yen (278,36 milyard dollar) vəsaitin yönəldilməsi planlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 1,6 faiz çoxdur.

    Hökumət müdafiə xərcləri üçün də böyük məbləğdə vəsaitin ayrılmasını nəzərdə tutur. Bu vəsait əsasən dəniz piyadaları qüvvələrinin formalaşdırılmasına sərf olunacaq. Hərbi xərclər artıq beşinci ildir ki, artırılır. Layihəyə əsasən, gələn il müdafiə xərclərinin 1,4 faiz artırılaraq, 5,13 trilyon yenə (44 milyard dollar) çatdırılması planlaşdırılır.

    Şərqi Çin dənizində yerləşən Senkaku adaları ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Sahil Mühafizə Xidməti üçün də xərclərin rekord həddə çatdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin hesablamalarına görə, bu istiqamətdə ayrılacaq 210,6 milyard yen (1,8 milyard dollar) məbləğində vəsait uzaq adaların mühafizəsini gücləndirmək üçün patrul gəmilərinin sayının 2015-ci ildəki 128-dən 142-yə çatdırılmasına və helikopter daşıyan gəminin inşasına sərf olunacaq.

    Hökumət qonşu ölkələrlə mübahisəli ərazilərdə, o cümlədən “şimal torpaqları”nda tarixi tədqiqatların aparılmasına 500 milyon yen (4,5 milyon dollar) vəsait ayırmaq niyyətindədir. Yeni büdcə layihəsinin müzakirələrinin parlamentin 2017-ci ilin yanvarında başlayacaq növbəti sessiyasının gündəliyinə daxil ediləcəyi gözlənilir. Bundan əlavə, həmin sessiya zamanı yapon parlamentarilər cari maliyyə ili üçün nəzərdə tutulan üçüncü əlavə büdcə layihəsini də müzakirə edəcəklər.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Parlament 2017-ci ilin büdcə zərfini təsdiq etdi

    Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layhəsi Milli Məclisin bügünkü plenar iclasında səsə qoyularaq təsdiqlənib....

    Pentaqon pilotsuz sualtı qayıqların istehsalı üçün 3 milyard dollar sərf edəcək

    ABŞ müdafiə nazirliyi Hərbi Dəniz Qüvvələri üçün pilotsuz sualtı qayıqların istehsalı və hazırlanması üçün 3 milyard dollar sərf etməyi planlaşdırır....

    BP Misirə sərmayə yatırmaq niyyətindədir

    Misir KİV-ləri Böyük Britaniyanın Qahirədəki səfirliyinin məlumatına istinadla xəbər verir ki, Britaniyanın BP neft şirkəti 2020-ci ilə qədər Misirə təqribən13 milyard dollar sərmayə yatırmağı planlaşdırır....

    TAP boru kəmərinin kompressor stansiyalarının tikintisinə 2017-ci ilin ikinci rübündə başlanılacaq

    Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstanda (Kipoi) və Albaniyada (Fier) 2 kompressor stansiyası tikiləcək. Kompressor stansiyalarının...

    Çinli turistlər 215 milyard dollar xərcləyib

    Çinli turistlərin xaricdəki xərcləri 2015-də əvvəlki illə müqayisədə 53% artaraq 215 milyard dollara çatıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.