xəbər portalı

    Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub"

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 14-12-2016, 18:20
    Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub"Bu gün “Caspian European Club”un ("Сaspian Business Club") təşkilatçılığı ilə Bakıda Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş biznes-forum - “Caspian Energy Forum 2017” keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu ilin 9 ayında təmsil etdiyi sektorun gəlirləri təqribən 1,171 mlrd. manat təşkil edib.
    “Bu ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) 1,8%-i, qeyri-neft sektoru üzrə ÜDM-in isə 2,9%-i deməkdir. Rabitə və yüksək texnologiyalar sahəsində əldə edilmiş gəlirlərin 81%-i özəl sektorun payına düşüb. Bu sahəyə investisiya qoyuluşu 2 mlrd. manat ətrafında olub. Bu il Azərbaycanda İKT sahəsində bir neçə strateji sənəd qəbul edilib”, - deyə E.Vəlizadə qeyd edib.
    Onun sözlərinə görə, hazırda Azərbaycanda internet istifadəçiləri ölkə əhalisinin 77%-ni təşkil edir: “Onlardan 72%-i genişzolaqlı rabitə xidmətlərinin istifadəçiləridir. Hər yüz nəfərdən də təqribən 112-si mobil telefon istifadəçisidir. Bu, ən təqdirə layiq məqamdır”.
    E.Vəlizadə vurğulayıb ki, İKT ilə Azərbaycanın beynəlxalq hesabatlarda da mövqeyi yüksək qiymətləndirilib: “Bütün beynəlxalq qurumların hesabatlarında Azərbaycanın İKT sahəsinin inkişaf dinamikası öz əksini tapır. Hər il bu sahənin göstəriciləri artır”.
    “Elektron Hökümət portalından istifadə sayı bu ilin əvvəlində 18 mln. olduğu halda, hazırda bu rəqəm 35 mln.-a yaxınlaşır. Bir il ərzində bu göstərici iki dəfəyə yaxın artıb. Ölkə üzrə 1,3 mln. vətəndaş bu xidmətdən istifadə edib. Hazırda dövlət başçısının tapşırığı, fərmanları əsasında bir neçə yeni yaradılacaq informasiya sisteminin portala qoşulması nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.
    Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub"
    Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub"
    Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub"скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Səfir: Koreya şirkətləri Azərbaycanda zavodlar aça bilərlər

    Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu (Kim Chang-gyu) Caspian Energy International Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə...

    6 dekabr - rabitəçilərin peşə bayramıdır

    6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür....

    Nazir müavini: Mobil texnologiyaların inkişafı üçün yeni tezliklər veriləcək

    Azərbaycanda rəqəmsal teleyayıma keçiddən sonra boş qalmış tezliklər perspektivli mobil texnologiyaların inkişafı üçün istifadə olunacaq....

    “Bakutel-2016” sərgisində dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək

    Noyabrın 29-da Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransı işə başlayacaq. Sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək....

    Azərbaycan iqtisadiyyatı azalıb

    2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27 mlrd. 2,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% az ümumi daxili məhsul (ÜDM) istehsal...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.