xəbər portalı

    Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turniri başa çatıb

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 9-12-2016, 10:30
    Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turniri başa çatıbQazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı layihə çərçivəsində keçirilən mini futbol üzrə açıq rayon turniri başa çatıb.

    Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, N saylı hərbi hissənin əsgərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    “Gəncliyin təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək bildirib ki, turnir aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub. Turnirin keçirilməsində əsas məqsəd isə rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

    On gün gərgin idman mübarizəsi şəraitində keçən turnirdə, ümumilikdə, Qazax və Ağstafa rayonlarından 22 komanda iştirak edib.

    Final qarşılaşması N saylı hərbi hissənin “Hərbiçilər” və Ağstafa rayonundan olan “Qarabağ” komandası arasında olub. “Hərbiçilər” komandası I , “Qarabağ” komandası II, Qazax Dövlət Sosial İqtisadi Kollecinin “Kollec-1” komandası isə III yerə çıxıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Sumqayıtda keçirilmiş beynəlxalq cüdo turniri böyük marağa səbəb olub - VİDEO

    Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci beynəlxalq turnir keçirilib....

    Cəbhə bölgəsində "İntellektual gənclər" müəyyənləşdirilir

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib....

    “3*3 Qızların Basketbol Turniri” keçirilib

    “3*3 Qızların Basketbol Turniri”nin qalibi müəyyən olundu Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, M.Müşfiq adına 34 saylı tam orta məktəbin və “Sumqayıt...

    “Region Gənclərinin İctimai aktivliyinə dəstək” adlı layihə keçirildi

    Layihə Günay Zeynallı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir....

    “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində ilk görüş keçirildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.