xəbər portalı

    Azərbaycanla Türkiyə ticarət əlaqələrində dollardan imtina edə bilər

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 8-12-2016, 11:50
    Azərbaycanla Türkiyə ticarət əlaqələrində dollardan imtina edə bilərTürkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb.

    Türkiyə mətbuatı xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var.

    Bildirilir ki, Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün artıq təmaslara başlayıb.

    Qeyd edək ki, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya, İran və Çinə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib. Onun sözlərinə görə, həmkarları bu təklifi dəstəkləyiblər. Türkiyə prezidenti hesab edir ki, atılacaq bu addım dolların sürətlə bahalaşmasının qarşısını alacaq, eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq.

    Bildirilir ki, bəzi ölkələr artıq gələn ilin birinci yarısından Ərdoğanın təklifinə dəstək verərək Türkiyə ilə ticarət dövriyyəsində yerli valyutadan istifadə edəcək.

    Qeyd edək ki, cari ilin 10 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 826 mln. 861,84 min dollar təşkil edib. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,91%-i Türkiyənin payına düşür. 10 ay ərzində Türkiyəyə 1,3 mlrd. dollarlıq mal ixrac edən Azərbaycan hesabat dövründə qardaş ölkədən 954 mln. dollarlıq mal idxal edib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İranla ticarət dövriyyəsi 58 faiz artıb

    İqtisadiyyat naziri, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb....

    Azərbaycanda dollar 1,6 manata qədər ucuzlaşa bilər

    Azərbaycanda dolların rəsmi məzənnəsi 1,60 manata qədər enə bilər....

    ABŞ Azərbaycanda ticarət missiyası yaratdı

    ABŞ-ın ticarət missiyası sentyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq....

    Türkiyə Bəşər Əsədlə münasibətləri bərpa edir

    "Yaxın günlərdə Türkiyə ilə Suriya arasında iqtisadi əlaqələr inkişaf etdiriləcək"....

    Altı ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 8367,5 milyon dollar təşkil edib

    Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal edilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.