xəbər portalı

    Kamboca da bizdən pul gözləyir

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 30-11-2016, 12:33
    Kamboca da bizdən pul gözləyirKamboca Azərbaycandan neft və qaz sənayesi ilə bağlı texniki dəstək, habelə investisiyalar xahiş edir.

    Virtualaz.org xəbər verir ki, bu barədə Kamboca krallığının energetika və şaxtalar Nazirliyinin dövlət katibi Men Saktherara bildirib. Onun sözlərinə görə, məsələ ötən həftə energetika və şaxtalar naziri Suy Semin Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla ötən həftə baş tutan görüşündə müzakirə olunub.Bildirilir ki, Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq Kamboca baş naziri Xun Senin Bakıya 2014-cü ildə baş tutmuş səfərində müzakirə edilmişdi. “Biz fəaliyyət planı hazırlamaq və onların bizə neft-qaz sahəsində texniki dəstək verməsi ilə bağlı məsələləri orada nəzərdə tutmaq niyyətindəyik. Azərbaycan bu sektorda çox təcrübəli ölkədir və logistikadan tutmuş xidmət sahəsinə qədər bir çox şirkətləri var”- Men Saktherara deyib.

    Kamboca rəsmisi deyir ki, səfir İmanov bu ölkənin zəngin neft-qaz potensialı ilə bağlı informasiya mübadiləsinə, xarici neft şirkətlərinin bu işə cəlb olunmasına dəstək vəd edib. “Hazırda biz razılaşmışıq ki, daha bir görüş keçirək. Bununla belə biz hesab edirik ki, səfir bütün gücü ilə Kambocada neft-qaz hasilatına investisiyaların yatırılmasına, habelə bizə nəinki yerli məmurları, eləcədə yerli neft şirkətlərini öyrətmək üçün ekspertlərin göndərilməsinə çalışacaq”- Men Saktherara bildirib.Hazırda Kamboca hökuməti neft və qaz hasilatına dair yeni qanun layihəsi üzərində işi başa çatdırmaq üzrədir. Qanun layihəsi xarici şirkətlərə Kamboca yataqlarına çıxış imkanı verəcək.

    Xatırladaq ki, Azərbaycanın dövlət neft şirkəti bu yaxınlarda ucqar Afrika ölkəsi Kotd`İvuarda yeni yaradılmış neft konsorsiumunda 26 faiz pay əldə edib. Habelə bir neçə gün əvvəl Azərbaycanın energetika naziri Natiq Əliyev Burkino-Fasoda səfərdə olaraq bu ölkənin neft-qaz sektoruna investisiyaların yatırılmasını müzakirə edib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Vladimir Putin: Rusiya neft hasilatını hazırkı səviyyədə “dondurmağa” hazırdır

    Rusiya neft hasilatını hazırkı səviyyədə “dondurmağa” hazırdır....

    Bu il Azərbaycanda 34,7 milyon ton neft və 24,6 milyard kubmetr qaz hasil edilib

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 34 milyon 718,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 24 milyard 609,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin dövrdə əmtəəlik təbii qazın hasilatı isə 15 milyard...

    Belarus Rusiya ilə razılaşa bilmədi

    Belarus qaz və neft tədarükü üzrə Rusiya ilə danışıqlar prosesindəki gərgin məqamlarla əlaqədar olaraq İranla neft tədarükü barədə danişiqlar aparır....

    Azərbaycanla Qazaxıstan arasında yeni neft kəməri çəkiləcək

    Azərbaycan və Qazaxıstan arasında uzunluğu 739 km olan neft kəmərinin inşası planlaşdırılır....

    Yunanıstan hökumətindən Azərbaycanla sövdələşməyə zərbə

    Yunanıstan hökuməti qaz tariflərinin nizamlanmasına dair qanun layihəsinə düzəlişləri parlamentə təqdim edərək Azərbaycanın dövlət neft şirkəti SOCAR-la sövdələşməni təhlükədə qoyub....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.