xəbər portalı

    İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi müzakirə olunub

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 23-11-2016, 20:33
    İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi müzakirə olunubNoyabrın 23-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın Əlaqələndirmə Şurasının ilk iclası keçirilib.
    Dövlət Proqramının icrasına məsul olan nazirlik, komitə, agentlik və digər qurumların səlahiyyətli nümayəndələrinin iştirak etdiyi iclasda Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub.
    İclasda rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, Əlaqələndirmə Şurasının sədri Əli Abdullayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən İKT sahəsinin inkişafına göstərilən diqqət və qayğı barədə məlumat verib. Ə.Abdullayev qəbul olunmuş Dövlət Proqramının ölkədə İKT-nin inkişafına və onun imkanlarından istifadənin genişləndirilməsinə xidmət etdiyini bildirib. O, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əhəmiyyətini qeyd edərək, onların vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Nazirin birinci müavini bu məqsədlə RYTN-də daxili tədbirlər planının hazırlandığını vurğulayaraq qeyd edib ki, hər bir qurum tərəfindən müvafiq planın hazırlanması və təsdiq olunması məqsədəuyğundur.
    Daha sonra iclasda qarşıda duran vəzifələr və görüləcək konkret işlər barədə geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub. Dövlət Proqramının icrasına məsul olan qurumlar tərəfindən həyata keçirilən işlər haqda məlumatların mütəmadi olaraq Əlaqələndirmə Şurasının Katibliyinə təqdim olunması və katiblikdə müvafiq arxivin yaradılması qərara alınıb.
    Qeyd edək ki, ölkəmizdə informasiya cəmiyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul edilib. Strategiyada qarşıya qoyulan əsas məqsəd və vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.
    Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. Əlaqələndirməni həyata keçirmək məqsədilə nazirliyin əmri ilə Dövlət Proqramının icrasına məsul olan qurumların nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası yaradılıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Hərbi-vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolu artırılır

    “Universitet Təhsilli Qadınlar Cəmiyyətinin” həyata keçirdiyi “Hərbi-vətənpərvərlik tərbiyəsində multimedianın rolunun artırılması” layihəsi çərçivəsində Bakıda “KİV və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi müasir dövrdə”...

    Aztəminatlı ailələrə şad xəbər

    Aztəminatlı ailələr üçün şərait yaradılacaq, onlar işləyib pul qazana biləcəklər....

    Baş Prokurorluq korrupsiya ilə mübarizənin hesabatını verdi

    Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət...

    Nəsimi rayonunda ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn...

    Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiya yaradılıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.