xəbər portalı

    BP Misirə sərmayə yatırmaq niyyətindədir

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 16-11-2016, 11:58
    BP Misirə sərmayə yatırmaq niyyətindədirMisir KİV-ləri Böyük Britaniyanın Qahirədəki səfirliyinin məlumatına istinadla xəbər verir ki, Britaniyanın BP neft şirkəti 2020-ci ilə qədər Misirə təqribən13 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

    Səfirliyin məlumatına görə, Böyük Britaniya artıq 2011-ci ildən Misirə təqribən 30,5 milyard dollar sərmayə yatırıb.

    Bəyanatda deyilir: “Böyük Britaniya Beynəlxalq Valyuta Fondunun (BVF) qərarında təsisçi kimi mühüm rol oynayır və fonda böyük töhfə verir. Misir üçün islahatlar proqramı iqtisadiyyatda sabitliyin və etimadın bərpası, investisiyaların cəlb olunması və iş yerlərinin yaradılması yolu ilə ölkənin inkişaf perspektivlərini canlandıracaq”.

    Məlumata görə, Böyük Britaniya yoxsul vətəndaşların güclənməkdə olan inflyasiyadan müdafiəsinə, işçi qüvvəsində qadınların iştirakını artıran yeni tədbirlərə, habelə beynəlxalq neft şirkətlərinə mövcud borcun ödənilməsinə əlavə olaraq ÜDM-nin 1 faizini ayırmaq öhdəliyi ilə bağlı müddəaları dəstəkləyir.

    Bildirilir ki, BVF-nin Direktorlar Şurası Misirin 2011-ci il hadisələrindən sonra yaranan dərin iqtisadi böhranın və dollar qıtlığının öhdəsindən gəlməsinə kömək etmək üçün bu ölkəyə üç il müddətində 12 milyard dollar məbləğində kreditin ayrılmasını ötən həftə bəyənib. Misir Mərkəzi Bankının başçısı Tarik Əmirin bəyanatına görə, kredit təsdiq ediləndən dərhal sonra bank 2,75 milyard dollarlıq ilk tranşı alıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Saudi Aramco” oktyabrdan indiyədək Misirə neft məhsulu göndərməyib

    Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” oktyabr ayından indiyədək Misirə neft məhsulu nəql etməyib....

    Azərbaycan xarici işlər nazirinin Misirə səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılır

    Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirdə rəsmi səfərdə olub....

    Britaniya da vahid Avropa ordusuna qarşı çıxdı

    Böyük Britaniya vahid Avropa Birliyi ordusunun yaranmasına mane olacaq....

    ABŞ “Azercell”in səhmdarını 1,4 milyard dollar cərimə edə bilər

    ABŞ hökuməti İsveçin telekommunikasiya nəhəngi “Telia” şirkətini Özbəkistandakı korrupsiya qalmaqalına görə 1,4 milyard dollar cərimə etmək niyyətindədir....

    Çinli turistlər 215 milyard dollar xərcləyib

    Çinli turistlərin xaricdəki xərcləri 2015-də əvvəlki illə müqayisədə 53% artaraq 215 milyard dollara çatıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.