xəbər portalı

    “Formula-1” şefi Azərbaycanda insan haqları barədə: “Mənim vicdanım yüz faiz təmizdir”

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 17-06-2016, 17:02
    “Formula-1” şefi Azərbaycanda insan haqları barədə: “Mənim vicdanım yüz faiz təmizdir”Xəbər verildiyi kimi “Formula-1” yarışlarının sahibi Berni Ekklstoun Bakı Gran Prisi ilə bağlı Azərbaycanda səfərdədir. Ekklstoun iyunun 16-da prezident İlham Əliyevlə görüşüb, Azərbaycanın ev sahibliyi etdiyi bu yarışla bağlı gördüyü hazırlıq işlərini yüksək qiymətləndirib.

    Ekklstoun habelə yarışları işıqlandırmaq üçün Bakıda olan çoxsaylı xarici jurnalistlərin də müxtəlif mövzuda sualları ilə qarşılaşıb. Belə suallardan biri də Azərbaycanda insan haqlarının vəziyyəti barədə olub. Belə ki, bu beynəlxalq idman tədbirindən istifadə edən bəzi xarici dairələr Azərbaycanda insan haqları problemlərinin mövcud olduğu barədə növbəti dəfə hay-küy qaldırmağa çalışırlar. Məsələn, “Amnesty İnternational” bəyanatla çıxış edərək “Formula-1” menecmentini və yarışlara qatılanları “insan haqları problemlərinə diqqət yönəltməyə” çağırıb.

    Virtualaz.org Qərb KİV-lərinə xəbər verir ki, 85 yaşlı Berni Ekklstoun Bakıda ona bu barədə sual verən xarici jurnalistlərə cavab olaraq “mənim vicdanım təmizdir” deyib. “Azərbaycanda insan haqları ilə bağlı situasiya? Mənim vicdanım yüz faiz təmizdir”-Ekklstoun bildirib.

    “Formula-1” rəhbəri Bakı Gran Prisinin təşkilatçılarının siyasətini dəstəklədiyini deyib və əlavə edib: “Nə vaxt məndən soruşanda ki, insan haqları nədir, biz baxmalıyıq ki, o, nə vaxt və harada tətbiq olunur. Kimsə bilir ki, insan haqları doğrudan da nədir? Dünyada bir çox insan aclıq çəkir, onların nədənsə şikayətlənməyə haqları var”.

    Ekklstoun onu da deyib ki, əgər “Formula-1” yarışlarını korrupsiyadan tamam azad ölkədə keçirmək məsələsi qoyulsaydı o zaman yarış keçirməyə çox az yer tapılardı. O, Bakı Gran Prisinin təşkilatçılarının gördüyü işi tərifləyib, eyni zamanda deyib ki, beynəlxalq təşkilatların insan haqları ilə bağlı qaldırdıqları məsələni Azərbaycan tərəfinə çatdırıb. “Onlar məsələni araşdıracaqlarını deyiblər”-Ekklstoun əlavə edib. “Formula-1” rəhbəri deyib ki, yarışların Bakıda keçirilməsinə dair qərar verəndə çoxları onu “dəli” hesab edirdi. Ancaq indi göründüyü kimi Bakının qədim hissəsi ilə müasir hissəsini birləşdirən əla tras yaradılıb. “Belə görünür ki, hər şey yaxşı alınıb”-o deyib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycan Prezidenti İlham Əliyev “Formula One Management”in prezidentini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib....

    “Formula 1”: Luis Hamilton sərbəst yürüşdə birinci nəticəni göstərib

    "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisində birinci sərbəst yürüşlərin yekunu üzrə ən yaxşı nəticəni göstərib....

    Bulvara giriş bağlandı

    "Formula-1" Şəhərciyinin olduğu Bulvar ərazisi iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlanıb. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-da günorta saat 12:00-da aradan qaldırılacaq. "Formula-1" yarışına bileti...

    Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib

    İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub. "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib....

    Raul və Obama...

    Razıyam, qəfil jest və ani emosiyaya əsaslanaraq dünyanın mənzərəsini formalaşdırmaq, çətin suallara cavab tapmaq olmaz. Ancaq sual da sual deyilsə, cavab üçün jestin çəkisi də artır....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.