xəbər portalı

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Salyanda vətəndaşları qəbul edib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 16-06-2016, 16:52
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Salyanda vətəndaşları qəbul edibAzərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
    AZƏRTAC xəbər verir ki, iyunun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Salyandakı Heydər Əliyev Mərkəzində Şirvan şəhər, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Kürdəmir rayonlarından olan 45-ə yaxın vətəndaşı qəbul edib.
    Əvvəlcə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov və Salyan Şəhər İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.
    General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
    Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq, aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Məhəmməd Vəliyev: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bizə əvəzsizköməyi oldu”

    Cəmiyyətin ictimai həyatında Qeyri Hökumət Təşkilatlarının rolu danılmazdır. Müxtəlif sferalarda fəaliyyət göstərən bu qurumlar arasında hərbiyönümlü QHT-lər xüsusilə fərqlənir. Həmsöhbətimiz Azərbaycan Əfqanıstan Müharibəsi...

    Ombudsman cəbhə bölgəsində hərbi hissələrdə olub

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd edilir....

    Mədət Quliyev DTX Akademiyasında keçirilən konfransda

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda elmi-praktik konfrans keçirilib....

    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.