xəbər portalı

    Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhəti haqda

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 15-09-2016, 16:00
    Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhəti haqdaLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır.

    Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

    Rəis müavini bildirib ki, A.Çovdarovun səhhəti normallaşıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində daimi həkim nəzarətindədir: "Akif Çovdarovun səhhətində problemlər həbsdə olan müddətdə baş verməyib. Onda əvvəldən xəstəliklər olub. Hazırda o, tibb sanitar hissəsində həkim nəzarətindədir".

    A.Çovdarovun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməməsinə gəlincə, rəis müavini bildirib ki, hələlik buna ehtiyac yoxdur: "Tibb məntəqəsində onun müayinəsi üçün bütün şəraitlər var, ona görə də ehtiyac yoxdur".

    İ.Qurbanov A.Çovdarovun müalicə olunması üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslı kardioloq-həkimin olmaması ilə bağlı yayılan iddialara da münasibət bildirib: "Bu məlumatlar əsassızdır. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslaşmış kardioloq-həkim də var, lazım olan avadanlıqlar da. Yayılan məlumatların heç bir əsası yoxdur. Hətta Akif Çovdarovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində kardioqramma aparatları da var.

    A.Çovdarova lazımi səviyyədə müayinə xidməti göstərilir. Akif Çovdarovun səhhəti o qədər də kritik deyil ki, onun Müalicə Müəssisəsinə köçürülməsinə qərar verilsin. Köçürülməyə ehtiyac olmadığı üçün o təcridxananın tibb-sanitar hissəsində saxlanılır.

    Akif Çovdarov həftədə bir dəfə kardioloq tərəfindən müayinə olunur, səhhəti nəzarətdə saxlanılır. Akif Çovdarovu müayinə etmək üçün Ədliyyə Nazirliyinin Hospitalının ixtisaslı kardioloq-həkimi, elmlər namizədi də həftədə bir dəfə təcridxanaya dəvət edilir, onu müayinə edir, təyinatlar verir. Hazırda da Akif Çovdarovun səhhəti normal, stabildir".

    İ.Qurbanov bildirib ki, A.Çovdarovun aclıq aksiyası keçirməsi barədə onlarda rəsmi məlumat yoxdur.

    Qeyd edək ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə artırılıb.

    A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Yasamalda mənzilə basqın edilib, qızıl-zinət əşyaları oğurlanıb

    Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda quldurluq cinayəti ilə bağlı birgə məlumat yayıb....

    35 özəl tibb müəssisəsi haqda mənfi rəy hazırlandı

    İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında “Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsi”ndə yaradılmış işçi qrup tərəfindən, cəlb edilmiş ekspetlərin və İqtisadiyyat Nazirliyinin...

    Çovdarov müttəhimlər kürsüsünə göndərildi

    Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər 3 MTN əməkdaşının barəsindəki...

    Xətaidə yanan binaya görə tutulan şəxs təcridxanada öldü

    Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı həbs olunan şəxslərdən biri təcridxanada ölüb....

    Naxçıvanın sabiq MTN rəhbəri məhkəmə qərarından şikayət verəcək

    Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində çıxarılan hökmdən apellyasiya şikayəti veriləcək....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.