xəbər portalı

    AZƏRBAYCANLA İSRAİL ARASINDA DAHA BİR İRİ HƏRBİ SÖVDƏLƏŞMƏ

    Bölmə: Cəmiyyət / Hərbi texnika / Müsahibə Dərc olunan tarixi: 10-03-2016, 17:33
    AZƏRBAYCANLA İSRAİL ARASINDA DAHA BİR İRİ HƏRBİ SÖVDƏLƏŞMƏ
    Bakı yəhudi dövlətindən “Spyder” zenit-raket komplekslərini alır, danışıqlar yekunlaşmaq üzrədir; İran və Rusiya bu sövdələşmədən narahat olacaq
    Azərbaycanla İsrail arasında daha bir iri hərbi sövdələşmə barədə məlumat yayılıb. “Regnum” agentliyi xəbər verir ki, tərəflər İsrail istehsalı olan “Spyder” zenit-raket komplekslərinin alınmasına dair danışıqları başa çatdırmaq üzrədir.
    İsrail hərbi qaynaqlarından daxil olan məlumatlara istinadən bildirilir ki, Azərbaycan və İsrail arasında bu zenit-raket komplekslərinin alınmasına dair müqavilə yaxın vaxtlarda imzalanacaq. Lakin müqavilənin dəyəri haqda məlumat verilmir.
    Qeyd edək ki, “Spyder” istənilən hava şəraitində istifadə oluna bilən mobil zenit-raket kompleksləridir. Bu komplekslər qırıcı təyyarələri, bombardmançıları, qanadlı raketləri və digər hava hədəflərini yaxın radiusdan aşkar edib zərərsizləşdirə bilir. Komplekslərdən strateji obyektlərin mühafizəsi, məsələn, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin bazalarını mühafizə etmək üçün istifadə etmək mümkündür.
    Kompleksə təkərli şassi üzərində qurulmuş raketburaxma qurğusu, nəqliyyat-alışdırma maşını, komanda məntəqəsi, həmçinin eyni vaxtda 60 hədəfi 30 kilometrdən aşkar edib izləyən radar daxildir. Hər raketburaxma qurğusunda dörd “Pyton-5" və ya ”Derby" raketləri olur. Bu raketlər hədəfi 9 kilometr hündürlükdə və 20 kilometr məsafədə vura bilir.
    Bundan əvvəl İsrail müdafiə nazirinin baş direktoru Udi Şani bildirmişdi ki, İsrail Azərbaycana silah satışını artırmağa hazırlaşır. Hazırda İsrail silah ixracına görə dünyada ABŞ və Rusiyadan sonra üçüncüdür. Son 4 ildə İsrail hərbi sənayesi 20,3 milyard dollarlıq silah ixrac edib. Azərbaycan isə ötən il İsraildən 1,6 milyard dollarlıq silah almışdı. Bu sövdələşməyə “Heron-450" pilotsuz kəşfiyyat təyyarələri, gəmilərə qarşı ”Gabriel" raketləri, “Green Pine” radar kompleksləri və raketlər daxildir.
    Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığı təkcə Ermənistanda yox, Rusiya və İranda, hətta bəzi iddialara görə, Türkiyədə də narahatlıqla izlənilir. Azərbaycanın İsraillə əməkdaşlıq hesabına öz hərbi potensialını gücləndirməsinə cavab olaraq Rusiya da öz müttəfiqi Ermənistana yeni silahlar verir. İran isə narahatdır ki, İsrailin Azərbaycana satdığı ən yeni silahlar ona qarşı yönələ bilər. Çox güman ki, Azərbaycanın İsraillə əldə etdiyi son silah sövdələşməsi də Rusiya və İranı narahat edəcək.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.