xəbər portalı

    TOVUZ: DİNAMİK İNKİŞAF, GƏLƏCƏK PRESPEKTİVLƏR VƏ İQTİSADİ SIÇRAYIŞIN BÜTÜN ASPEKTLƏRİ KONTEKSTİNDƏ RƏHBƏR FAKTORU

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 9-09-2016, 16:55
    TOVUZ: DİNAMİK İNKİŞAF, GƏLƏCƏK PRESPEKTİVLƏR VƏ İQTİSADİ SIÇRAYIŞIN BÜTÜN ASPEKTLƏRİ KONTEKSTİNDƏ RƏHBƏR FAKTORU“Tovuz rayonunun gözəl təbiəti, zəngin sərvəti vardır.
    Ən qiymətli sərvəti isə onun əməksevər insanlarıdır”.
    Ümummilli Lider Heydər Əliyev

    TOVUZ: DİNAMİK İNKİŞAF, GƏLƏCƏK PRESPEKTİVLƏR VƏ İQTİSADİ SIÇRAYIŞIN BÜTÜN ASPEKTLƏRİ KONTEKSTİNDƏ RƏHBƏR FAKTORUTarixi siyasi-iqtisadi müstəqilliyini əldə edən Azərbaycan təkcə mərkəzyönümlü inkişafı ilə yox, mərkəzdənkənar yönümlü inkişafı ilə də dünyanın siyasi-iqtisadi arenasında özünün layiqli yerini tutmaqdadır. Hər kəsə məlumdur ki, xalqımız çox əsrlilik tarixə malikdir və yadelli işğalçıların işğalına məruz qalmış, elə, bu səbəbdən də uzun bir müddət xalqımızın istər siyasi, istərsə də iqtisadi təfəkkürü müstəqil bir şəkildə inkişaf edərək formalaşa bilməmiş və ya formalaşmağa imkan verilməmişdir. Dünyanın siyasi və iqtisadi arenasına yenidən müstəqil bir dövlət kimi qayıdan Azərbaycan özünün ilk müstəqillik illərində sarsıdıcı siyasi və iqtisadi böhranlar keçirmiş, uca Yaradan xalqımızı bu ağır böhranlarla üz-üzə qoymamış və öz rəhmi ilə xalqımızı həmin sarsıdıcı böhranlardan xilas etmişdir. Siyasi və tarixi elmlərdən bizlərə yaxşıca məlumdur ki, dövlətin inkişafında, çiçəklənməsində lider faktoru əsas olaraq vurğulanmaqdadır. Məhz xalqımızın dahi oğlu Heydər Əliyevin ötən əsrdə hakimiyyətə qayıdışı ilə cəmiyyətin bütün sahələrindəki böhranlara son qoyuldu. Müstəqil Azərbaycan Respublikasının banisi olan Heydər Əliyev özünün balanslaşdırılmış, düşünülmüş, məqsədyönlü və s. kontekstlərdəki siyasi düşüncələri ilə Azərbaycanı əbədi bir günəşə çevirmişdir. Dahi lider özü bunu görmüş və belə vurğulamışdır: “Azərbaycan dünyaya günəş kimi doğacaqdır”. Bu gün ölkəmizin imzaları imzalar içərisində, adı adlar içərisində çəkilməkdədir.
    Ölkəmizə rəhbərlik edən cənab Prezidetimiz İlham Əliyev, H.Əliyev ənənələrini yaşatmaqla yanaşı özünün uzaqgörən siyasəti və sosial-iqtisadi inkişaf proqramları ilə ölkəmizin həm siyasi gücünü dünyanın siyasi arenasında, həmdə iqtisadi gücünü dünyanın iqtisadi arenasında möhkəmləndirməkdədir. Cənab Prezidentin regionların inkişafı ilə bağlı qəbul etdiyi ardıcıl dövlət proqramları regionlarımızın çiçəklənməsinə öz töhfələrini verməkdədir. Bucür siyasətin həyata keçirilməsi nəticəsində qürurla deyə bilərik ki, dünyanın iqtisadi cəhətdən ən yüksək inkişafına yiyələnmiş dövlətlərin regionlarından heç də geri qalmırlar.
    Ölkəmizin ən prespektivli və gözəl rayonlarından biri də Tovuz rayonudur ki, ölkəmizin qərb bölgəsində Gəncə-Qazax iqtisadi rayonun daxilində yerləşməkdədir. Coğrafi baxımından şimaldan Gürcüstan Respublikası, cənubdan Ermənistan Respublikası, qərbdən Ağıstafa rayonu və şərqdən Şəmkir rayonu ilə sərhədir. Ərazisi 1942,1 min km2, əhalisi 164,9 min nəfərdir (2013-cü ilin məlumatına əsasən). Öz tabeliyində 2 şəhər- Tovuz və Qovlar şəhərləri, 102 kənd mövcudur (2013-cü ilin məlumatına əsasən). Tovuz rayonu öz coğrafi mövqeyinə görə olduqca əlverişli strateji bir məntəqədə yerləşməkdədir. Bu gün Tovuz ölkəmizdə gedən dinamik inkişafdan heç də geri qalmamaqdadır. Günü-gündən rayonumuzda gedən abadılıq işləri bunun ən bariz nümunəsidir.
    Tovuz rayonun iqtisadiyyatı özünün şaxəliliyi ilə seçilməkdədir. Rayon iqtisadiyyatı müasir dünyamızın tələblərinə cavab verən bir şəkildə qurulmaqdadır. Spesifiq bir şəkildə rayon təsərrüfatı günü-gündən çiçəklənməkdədir. Yeni yaradılmış müəssisələr rayonumuzun iqtisadi gücünün durmadan artmasında öz töhfələrini verməkdədir. Rayon iqtisadiyyatının ən unikal sahəsini kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, qartofçuluq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Rayon ərazisi bunlarla yanaşı turizm mərkəzi kimi də seçilməkdədir. Rayonun dağlıq hissələrinin gözəl təbiəti turistləri özünə cəlb etməkdədir. Əsrlik çayı böyunca yerləşən istirahət mərkəzləri hər il yerli və əcnəbi turistləri özünə cəlb etməkdədir. Tovuzda səhiyyə sistemi də son vaxtlar artan xətt üzrə inkişaf etməkdədir. İdman infrastrukturası və su təsərrüfatı isə son zamanlar yenidən qurulmuşdur.
    Tovuz rayonu ölkəmizin elm potesialının təmin edilməsində və yüksək səviyyəli kadrların hazırlanmasında əvəzsiz rayonlarımızdan biridir. Əsas mətləblərə keçməzdən qabaq rayonunumuzun təhsilinin qısaca tarixi xronikasını qeyd edək. “Tovuzda XIX əsrin son rübünədək təhsil əsasən dini məktəblərdə və fərdi qaydada aparılıb. İlk dünyəvi məktəb 1891-ci ildə rayonun Yuxarı Öysüzlü kəndində rus-tatar məktəbi (real) kimi fəaliyyətə başlayıb. 1899-cu ildə Tovuz şəhəri ərazisində Rəsulov Hüseyn adlı bir şəxsin evi dünyəvi təhsil təəsübkeşləri tərəfindən kirayə edilir və burada sonralar 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin adını daşıyan Tovuz şəhər orta mətkəbinin bünövrəsi qoyulur. Yanıqlı kəndində 1924-cü ildə şəxsi evlərdə 4 illik məktəb açılıb. Tovuzun ilk görkəmli müəllimləri sırasında Ağamməd Axundovun, Məmmədqara Məmmədovun, Əli Əliyevin, Cəfər Mürşüdlünün, Həsən Həsənovun, İbrahim Qüdrətovun, Qara Sultanovun, Nadir Abdıyevin adlarını çəkmək olar. Hazırda rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 65-i orta, 17-si əsas, 3-ü ibtidai məktəblərdir. Rayonda 39 məktəbəqədər və 5 mətkəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. 39 məktəbəqədər uşaq müəssisələrinə 2375 nəfər uşaq, 5 məktəbdənkənar uşaq müəssisəslərin isə 6180 nəfər şagird cəlb edilmişdir. Rayonun ümumtəhsil mətkəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 4112 nəfər müəllim məşğul olur. Onların 3783 nəfəri ali, 26 nəfəri natamam ali, 303 nəfəri isə orta ixtisas təhsillidir. Tovuzda 132 nəfər işçisi olan Peşə Liseyi və 78 nəfər işçisi olan Dövlət Sosial İqtisad Kolleci fəaliyyət göstərir. A.S Puşkin adına Tovuz şəhər orta məktəbi 100 ildən artıq fəaliyyəti dövründə, eləcə də rayonun digər məktəbləri Azərbaycan elmi üçün 80-dən artıq elmlər doktoru-professor, 150-dən çox elmlər namizədi yetişdirib.”1 Rayonumuzda son 10 ildə dövlət proqramı çərçivəsində aparılmış iqtisati siyasət nəticəsində 6472 şagird yerlik 18 məktəb, o cümlədən Heydər Əliyev fondunun “Yeniləşən Azərbaycan yeni məktəb” layihəsi çərçivəsində 640 şagird yerlik 3 məktəb binası tikilmişdir. 3448 şagird yerlik 8 məktəb binası əsaslı təmir olunmuşdur. Bu nəticələr rayonumuzun təhsil sisteminin sosial və istehsal infrastrukturasının inkişafına gətirib çıxarmışdır. Həmçinin onun sosial bazası daha da gücləndirilmişdir.
    Rayonumuzda olan tarixi abidələr isə öz əhəmiyyəti ilə seçilməkdədir. Bura axışan yerli və xarici turistlər rayonun turizm sektorunun inkişafında öz rolunun artırılmasına töhfələr verməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir. Ölkə əhəmiyyətli memarlıq abidələrinə -Düzqırıqlı kəndində XIX əsrə aid Hacı Bagır məscidi,Yanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar. Tovuz rayonun digər kəndlərində də tarixi abidələr mövcuddur. Bu yaxınlarda aşkar edilmiş Göytəpə və Mənteş abidələri isə xüsusi əhəmiyyətə malikdirlər. Göytəpə qədim yaşayış məskəni yerli və xarici mütəxəsislərin araşdırmaları əsasında müəyyən edilmişdir ki, Neolit dövrnə aiddirlər. Rayonumuzda və bölgəmizdə turizmin inkişafı üçün otelçilik ənənələrini yaşadılmaqda və yenidən qurulmaqdadır. Prezidentin şəxsi tapşırıqları ilə rayonumuzda turizm infrasturukturası yeniləşdirilməkdə və müasirləşdirilməkdədir. Yeni turizm obyektləri, mehmanxanalar, istirahət mərkəzləri yaradılmışdır. . Bunlarla yanaşı olaraq rayonda 18 yeni mehmanxana və istirahət mərkəzləri də yaradılmışdır. 2012-ci il aprelin 12-də müasir stantdartlara cavab verən “Ayan Palace” otelinin açılması isə rayonumuza turizm noqteyi-nəzərdən göstərilən qayğının ən gözəl nümunəsidir. Bölgə camatının istirahəti üçün isə salınmış istirahət parklarının isə olduqca əhəmiyyəti mövcuddur. Rayon ərazisindəki parklar yenidən təmir edilmiş və yenisi salınmış və Qovlar şəhərində isə bir park əsaslı olaraq təmir edilmişdir. “Tovuz 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabında qeyd edilir: XX əsrin 30-cu illərində Tovuzda məskunlaşmış alman icması tərəfindən salınmış “Lemsə” parkı əsaslı şəkildə yenidən qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il sentyabrın 24-də parkda görülmüş abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. Daha bir mədəniyyət və istrahət məkanı – Heydər Əliyev parkı isə Tovuz çayının sol sahilində salınmışdır. Burada orjinal layihə əsasında inşa edilmiş kafe, restoran, uşaq əyləncə mərkəzi və s. fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il fevralın 9-da parkın açılışını etmişdir”.
    Azərbaycan insanın inkişafında və sağlam gələcək nəsillərə yiyələnmək üçün idman faktoru əsas olaraq qalmaqdadır. Bu konteksdən yanaşdıqda bizlər idmanın toplumuz üçün necə əhəmiyyətli olduğunu anlaya bilirik. Ölkəmizdə başladılımış idman hərəkatı isə uğurla həyata keçirilməkdədir. Ölkədə aparılan idman hərakatı Tovuzdan da yan keçməməkdədir. Tovuzda son 10 ildə qurulan idman infrastrukturu isə tovuz gənclərinin və əhalisinin sağlamlığının təmin edilməsində ən ümdə sahələrdən birini tutur. Son 10 illikdə yaradılmış Tovuz Olimpiya idman Kompleksi və bunun timsalında idmana dair digər qurğular fəaliyyət göstərməsi ölkəmizdəki idman hərəkətinin ən bariz nümunələrindən birini təşkil edir. “Tovuz 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabında qeyd edilir: “Tovuz Olimpiya İdman Kompleksinin təməli 2007-ci il mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Olimpiya kompleksində 70 nömrəlik beşmərtəbəli otel, 700 oturacaq yeri olan idman zalı, üzgüçülük hovuzu, qadın və kişilər üçün trejanor zalları, cüdo, taekvondo, güləş və boks bölmələri fəaliyyət göstərir. Açıq futbol, voleybol, basketbol meydançaları və tennis kortu da kompleksə daxildir. Kompleksi 2011-ci il fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev açmışdır. Bunlarla yanaşı olaraq son on ildə Tovuzda 254 idman qurğusu fəaliyyətə başlamışdır”.
    Rayonumuzda aparılan bucür quruculuq abadıcılıq işlərində kadr faktoru danılmaz bir amildir. Tovuz rayonu bu illərdə özünün dinamik iqtisadi inkişaf sıçrayışını yaşamaqdadır. Tovuz rayonu İcra Hakimiyyətinin başcısı Tofiq Zeynalovun rəhbərliyi dövründə aparılmış bu işlərdə onun əməyi də təqdirə layiqdir. Tofiq müəllim rayonumuzun bu günki inkişafı ilə də yanaşı gələcəyə yönəlmiş uzaqgörənliyi də bu gün öz bəhrəsini verməkdədir.
    Bir gənc kimi düşünürəm ki, rayonumuzda aparılan bu siyasət və Tofiq müəllimin genişyönümlü tədbirləri gələcək rayon araşdırmaçıları və gələcək nəsillər tərəfindən geniş bir şəkildə araşırılacaqdır.

    MAHMUD SADIQOVскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    26 yaşlı Tovuz sakinini ilan sancıb

    Tovuz rayon sakinini ilan sancıb....

    Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47 ili tamam olur

    Ulu öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ümummilli Lider xalqının əsrlər boyu uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın...

    Tovuzda itkin düşən 2 uşaq anası Bakıda tapıldı

    İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva tapılıb....

    Mədət Quliyev DTX Akademiyasında keçirilən konfransda

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda elmi-praktik konfrans keçirilib....

    Tovuz rayon Polis Şöbəsi rəisinin 1-ci müavini işdən azad olunub

    Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin 1-ci müavini işdən azad olunub....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.