xəbər portalı

    TOHGMİB layihə çərçivəsində növbəti görüşünü keçirdi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 15-06-2016, 13:42
    TOHGMİB layihə çərçivəsində növbəti görüşünü keçirdiAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində növbəti görüş Bakı şəhəri Nəsimi rayonu 151 sayli orta məktəbdə keçirildi.
    Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri layihə haqqında məlumat verərək bildirdi ki, Layihə haqqında məlumat verən birliyin sədri Emin Həsənli qeyd etmişdir ki, gənclərin hərbi xidmətə hazırlanması, gənclər arasında Silahlı Qüvvələrimizə olan inamın artırılması, eləcə də vətənpərlik hisslərinin artırılması istiqamətində bu tip layihələrin davamlı olaraq keçirilməsi çox vacibdir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır. Həmçinin o da qeyd edilmişdir ki, yeniyetmə və gənclərə xidmət öncəsi hərbi xidmətlə tanış olmaları üçün düşərgə təşkil ediləcək. Düşərgə çərçivəsində yeniyetmə və gənclərin hərbi hissələrə səfərləri təşkil ediləcək, hərbi hissədə günün nizam qaydalarına uyğun hərəkətlər icra ediləcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin məsul şəxsləri, ehtiyyatda olan zabitlər, döyüşçülərlə gənclərin görüşləri təşkil ediləcək ki, bu da gəncləri maraqlandıran sualların birbaşa həmin şəxslər tərəfindən cavablanmasına, onların Vətənə, Xalqa sədaqət hisslərinin artırılmasına böyük töhfələrini verəcəkdir.
    Görüş gənclərin böyük marağına səbəb olmuşdur. Təhsildə fərqlənən bir qrup gənc seçilərək Mingəçevir şəhərində keçiriləcək düşərgəyə dəvət almışdır.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində ilk görüş keçirildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi...

    “Erkən nigah qədərin olmasın!” adlı maarifləndirmə layihəsi həyata keçirilib

    Məlumat üçün Sizə bilidiririk ki, "Gənclərin Töhfəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Erkən nigah qədərin olmasın!” adlı maarifləndirmə layihəsini həyata...

    “EKO GƏNC” layihəsi həyata keçirilir

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş Leyla Bağırovanın “Eko Gənc” adlı layihəsinə 01.07.2016 tarixində start verilmişdir. Layihənin məqsədi gənc nəslin “Ekoloji”...

    Türkiyəli qonaqlar Bakıda ictimaiyyət nümayəndələri ilə görüşüblər

    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin (TOHGMİB) dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Əməkli Subaylar Dərnəyi, Anadolu Aydınlar Ocağının nümayəndə heyəti bugün Azərbaycan Qarabağ Müharibəsi...

    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.