xəbər portalı

    “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində ilk görüş keçirildi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 15-06-2016, 13:39
    “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində ilk görüş keçirildiAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində ilk görüş Bakı şəhəri N.Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı orta məktəbdə keçirildi. Görüş ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin mütaəmadi olaraq məktəb şagirdləri ilə görüşlərinin keçirilməsinin təqdirə layiq hal olduğunu vurğuladı. Qeyd olundu ki, şagirdlərlə keçirilən görüşlər onların hərbi vətənpərvərlik hisslərini artırmaqla yanaşı həm də gənclərin hərbi xidmət öncəsi biliklər qazanmaqlarına eləcə də onların hərbi peşəni seçməklərin də mühüm rol oynayır.
    Daha sonra birlik sədri və layihə rəhbəri Emin Həsənli layihə haqqında məlumat verdi. Bildirdi ki, bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə keçirdiyimiz “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihə gənclərin hərbi xidmətə hazırlanması, gənclər arasında Silahlı Qüvvələrimizə olan inamın artırılması, eləcə də vətənpərlik hisslərinin artırılması yönündə tədbirlərin həyata keçirilməsinə yönəlib. E.Həsənli qeyd etdi ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Eko Gənc” adlı layihənin açılışı olub

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Eko Gənc” adlı layihənin açılışı və layihə çərçivəsində ilk təlim 18 avqust tarixində baş tutdu....

    “Erkən nigah qədərin olmasın!” adlı maarifləndirmə layihəsi həyata keçirilib

    Məlumat üçün Sizə bilidiririk ki, "Gənclərin Töhfəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Erkən nigah qədərin olmasın!” adlı maarifləndirmə layihəsini həyata...

    Avropa Gənclər Paytaxtında daha bir layihə icra olunacaq

    Cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə...

    "Daha bir gənci xilas edək" adlı layihə başa çatdı

    Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Daha bir gənci xilas edək” layihəsi başa çatmışdır. Aynur Hüseynovanın VII qrant müsabiqəsində qalib olduğu layihə çərçivəsində...

    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.