xəbər portalı

    Bulvara giriş bağlandı

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 15-06-2016, 14:08
    Bulvara giriş bağlandı"Formula-1" Şəhərciyinin olduğu Bulvar ərazisi iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlanıb. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-da günorta saat 12:00-da aradan qaldırılacaq. "Formula-1" yarışına bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-sı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.

    İyunun 16-da, günorta saat 12:00-dan etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

    Bu il Bakıda ilk dəfə keçiriləcək "Formula-1" Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq.

    Tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb.

    Plana əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlıdır. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq. (ANS Press)скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Sabah Bakıda 32 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir....

    Bakı-Pekin-Bakı aviareyslərinin sayı artırılır

    "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuş coğrafiyasını genişləndirmək məqsədilə Bakı-Pekin-Bakı istiqamətində birbaşa və uzunməsafəli aviareyslərinin sayını artırır....

    AŞPA MK-nın həmməruzəçiləri İlham Əliyevin qəbulunda

    Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib....

    İsmayıllıda sel nəticəsində yollar, körpülər dağıldı

    İsmayıllı rayonun bir neçə kəndində evləri və əkin sahələrini sel suları basıb....

    Müdafiə Nazirliyi: ermənilər Naxçıvandakı mövqelərimizi atəşə tutdular

    Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.