xəbər portalı

    Konstitusiya Məhkəməsi referendum qərarı verdi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 25-07-2016, 14:32
    Konstitusiya Məhkəməsi referendum qərarı verdiAzərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

    Virtualaz.org-un məlumatına görə, rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.

    Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

    Xatırladaq ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

    Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

    * * *10:27

    Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası başlayıb.

    Virtualaz.org-un məlumatına görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılır.

    Fərhad Abdullyev elan edib ki, iclasda 8 hakim iştirak edir.

    İclasda Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev də iştirak edir.

    Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.

    * * *09:58

    İyulun 25-də Azərbaycan Konstitusiya Məhkəməsi ölkənin referenduma təqdim edilən fundamental hüquqi dəyişikliklər layihəsinin qanuniliyini nəzərdən keçirəcək.

    Virtualaz.org xatırladır ki, iyulun 18-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında" referendum aktının layihəsini hüquqi ekspertiza üçün Konstitusiya Məhkəməsinə göndərib.

    Onu da qeyd edək ki, Prezident tərəfindən imzalanmış sənəd Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutur. Təklif olunur ki, prezidentin səlahiyyət müddəti yeddi ilə qədər artırılsın. Bundan başqa, sənəddə Azərbaycan Prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf da var.

    Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini nəzərdə tutur. Əgər mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazir həyata keçirirdisə, yeni layihədə həmin hüquq birinci vitse-prezidentə verilir.

    Sənəddə həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi nəzərdə tutulur. Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edilib.

    Konstitusiya Məhkəməsi Plenumunun iclası saat 10:00-a təyin olunub.

    Virtualaz.orgскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Referendumun vaxtını prezident təyin edəcək

    "Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir”....

    YAP: Konstitusiya referendumu bu il keçiriləcək

    Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub....

    Avstriyada prezident seçkilərinin nəticələri ləğv edildi

    Avstriya Konstitusiya Məhkəməsinin qərarına əsasən, çoxsaylı pozuntuların aşkarlandığı prezident seçkilərinin nəticələri ləğv edilib....

    Azərbaycan Respublikasının Konstitusiyası

    Azərbaycan Respublikasının Konstitusiyası...

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.