xəbər portalı

    Kipr uğrunda döyüşmüş Türk general Bakıdadır

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 30-05-2016, 00:11
    Kipr uğrunda döyüşmüş Türk general Bakıdadır“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin (TOHGMİB) dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Əməkli Subaylar Dərnəyi, Anadolu Aydınlar Ocağının nümayəndə heyətinin başçılıq etdiyi nümayəndə heyəti 29 mayda Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

    Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

    Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    Nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüb.

    Daha sonra “Böyük Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Səbail rayon şöbəsində qonaqlarla görüş keçirilib. Görüşdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Böyük Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Səbail rayon şöbəsi sədri İlham Əliyev, Millət vəkili Xanhüseyn Kazımlı, Türkiyəli qonaqlardan ehtiyatda olan general Cumhur Evcil, polkovnik İbrahim Öztek, polkovnik Mehmet Şadi Polat, polkovnik Ahmet Kendigel və digərləri çıxış ediblər.

    Qeyd edək ki, ehtiyatda olan general Cumhur Evcil Şimali Kiprin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatların iştirakçısıdır.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Türkiyəli qonaqlar Bakıda ictimaiyyət nümayəndələri ilə görüşüblər

    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin (TOHGMİB) dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Əməkli Subaylar Dərnəyi, Anadolu Aydınlar Ocağının nümayəndə heyəti bugün Azərbaycan Qarabağ Müharibəsi...

    Düşmənin darmadağın edildiyi cəbhə bölgəsinə səfər – Şəhid əsgərin qan donduran son məktubu...-Reportaj-FOTOLAR

    Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənpərvərliyin Təbliğinə dəstək” birliyinin sədri Azərbaycanın ilk hərbi diktoru, hərbi...

    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

    Nəcməddin Sadıkov MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir

    Belarus Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini -...

    Mosulun azad edilməsi uğrunda əməliyyat başlayıb

    İraq Müdafiə Nazirliyi Mosulun İŞİD terror qruplaşmasının nəzarətindən azad edilməsi uğrunda əməliyyata başladığını bəyan edib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.