xəbər portalı

    “Gənclərin Töhfəsi” İctimai Birliyi “Gələcəyimizi geni dəyişdirilmiş orqanizmli məhsullardan qoruyaq” layihəsi çərçivəsində tədbir keçirib

    Bölmə: --- Dərc olunan tarixi: 12-07-2017, 10:54
    “Gənclərin Töhfəsi” İctimai Birliyi “Gələcəyimizi geni dəyişdirilmiş orqanizmli məhsullardan qoruyaq” layihəsi çərçivəsində tədbir keçirib“Gənclərin Töhfəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gələcəyimizi geni dəyişdirilmiş orqanizmli məhsullardan qoruyaq” layihəsi çərçivəsində 10 iyul 2017-ci il tarixdə Quba rayon Mədəniyyət evində və Xaçmaz rayon Mərkəzi Kitabxanasında tədbir keçirib. Tədbiri giriş sözü ilə açan “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev birliyin qida təhlükəsizliyi istiqamətində gördüyü işlər haqqında danışdı. O, belə tədbirlərin ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Layihə çərçivəsində buklet, kitab nəşr olunduğunu deyən birlik sədri gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd etdi. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını bildirdi. “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü GDO (geni dəyişdirilmiş orqanizmlər) barədə məlumat verdi. O, GMO-nun zərərlərindən və onun milli təhlükəsizliyimizə təhdid olmasından söhbət açdı. M.Göyüşlü ictimaiyyəti, xüsusən də ziyalıları bu problemlə fəal mübarizə aparmağa çağırdı. Gənc Vətənpərlər Birliyinin sədri Müqamət Əliyev GMO-nun zərərləri və geni dəyişdirilərək istehsal olunan qidaların yarada biləcəyi problemlərdən ətraflı nitq söylədi. Nəzərinizə çatdıraq ki, layihə ümumilikdə Bakı, Quba, Xaçmaz, Biləsuvar, Masallı, Lənkəran rayonlarını əhatə edir.
    скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Gənclər Qida Terroruna yox deyir” adlı layihə icra olundu

    Məlumat üçün bildiririk ki, “Gənclrin Töhfəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Gənclər Qida Terroruna Yox deyir” qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə...

    “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsi həyata keçirildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri 25 noyabr 2016-cı il...

    Rayonlararasi Mahni Və Şeir Müsabiqəsi

    "Qadınlar Gələcək Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətən üçün oxuyuruq – məktəblilər arasında vətənpərvərlik mövzusunda mahnı və şeir...

    "Vətən üçün oxuyuruq"

    Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Vətən üçün oxuyuruq - məktəblilər arasında vətənpərvərlik mövzusunda mahnı və şeir müsabiqəsinin keçirilməsi” adlı layihənin...

    “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi çərçivəsində ilk görüş keçirildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.